Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşması təbii qazı Suriyaya satır

Dekabr 17
18:31 2015

“Türkiyə ilə İŞİD terror xəvaric qruplaşması arasında neft ticarətinə dair heç bir fakt yoxdur. İŞİD terror xəvaric qruplaşması nefti bir çox hallarda birbaşa neft buruqlarından satır”.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Maliyyə Nazirliyinin Terrorçuluğa qarşı mübarizə və maliyyə kəşfiyyatı bölməsinin təmsilçisi Adam Şubin mətbuat konfarnsında Rusiyanın Türkiyəni İŞİD terror xəvaric qruplaşması ilə ticarət əlaqəsində ittiham etməsinə dair sualı cavablandırarkən bildirib.

A.Şubin qeyd edib ki, İŞİD terror xəvaric qruplaşmasının nəzarəti altında olan ərazilərdən hasil edilən təbii qazı isə Suriya alır: “İŞİD terror xəvaric qruplaşması tərəfindən hasil edilən neftin böyük hissəsi neft emalı zavodlarına göndərilir, yaxud enerji almaq məqsədi ilə istifadə edilir”.

O, İŞİD terror xəvaric qruplaşmasının maliyyə əməliyyatlarından və onlara qarşı mübarizə üsullarından da danışıb.

A.Şubin bildirib ki, terrorçu qruplaşmalara maliyyə axınının qarşısının alınması məqsədi ilə BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlərin maliyyə nazirlərinin iştirakı ilə toplantı keçirməyi planlaşdırırlar.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər