İslam ardıcıllarının sayına görə İtaliyada ikinci dindir
1. 057 dəfə baxılıb
İtaliyada müsəlman icmasının qurultayı keçirilib, burada ən aktual problemlər müzakirə edilib və ölkədə müsəlmanların sayı barəsində son statistika təqdim olunub.
Florensiyadan olan imamın və İtaliyanın Müsəlman Təşkilatları İttifaqının (UCOII) rəhbəri İzzedin Elzirin sözlərinə görə, son statistika göstərir ki, ölkədə 1,7 milyon müsəlman var, yəni İslam ardıcıllarının sayına görə İtaliyada ikinci din olur. Elzir bildirib ki, ölkədə 700-dən çox məscid var, OnIslam.net istinadən “ИА Ансар” xəbər verir.
Florensiyadan olan imam bu xəbərləri öz dindaşlarına çərşənbə axşamı Romada keçmiş xüsusi konfrans zamanı bildirib. Nikkolo Kuzano universitetində təşkil olunan tədbirdə müsəlman icmasının aparıcı xadimləri iştirak edib.
Elzir müsəlmanların İtaliyanın iqtisadiyyatına olan töhfələri barədə də məlumatlar verib. – “Müsəlmanlar təqribən milli ÜDM 4-5%-ni daxil edirlər. Başqa sözlə, İslam İtaliyaya xeyir verir”.
Ölkə iqtisadiyyatına gözəçarpan töhfəyə baxmayaraq, müsəlman liderləri müsəlmanların ölkədə indiyə qədər rəsmi statusa malik olmadıqlarını vurğulayıblar.
“Din azadlığı konstitusiya ilə müəyyən olunduğuna baxmayaraq müvafiq qanunun olmamağı ona gətirir ki, müsəlman icması faktiki olaraq İtaliya dövləti tərəfindən tanınmamış qalır”, – imam Elzir qeyd edib.
Neapolun Şərq universitetindən islamşünas Aqostino Çilardo imam ilə həmfikirdir – “Tərəflər razılaşma tərtib etdikdə onlar vahid struktur olmalıdır. Bəs İtaliya müsəlmanlarının maraqlarını kim irəli sürə bilər?”
“Bu Din, mütləq, gündüzlə gecənin bir-birini əvəzlədiyi hər yerdə yayılacaq. Allah şəhərlərdə, köçlərdə hər bir evə ya ucaltmaqla, və ya alçaltmaqla bu Dini gətirəcəkdir. Ucaltmaqla Allah İslamı ucaldır, alçaltmaqla isə küfrü alçaldır.” (Əhməd, şeyx Albani hədisi “səhih” olaraq təsnif etmişdir).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)