Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Mərkəzi Afrikada 480 xristian İslamı qəbul edib

Mart 29
17:04 2016

Mərkəzi Afrikanın şərqində xristian kilsəsinin rahibi İslam dinini qəbul edərək müsəlman olub.

“Sələf Xəbər” İslam.ru-ya istinadən bildirir ki, bu hadisədən az sonra ibadət etmək üçün kilsəyə mütəmadi gələn yerli sakinlər də müsəlmanlığı qəbul ediblər.

İslam alimləri ilə söhbət və dialoqlardan sonra İslam dininin yeganə doğru yol olduğunu anlayan rahib Salim Miqdad kəlmeyi-şəhadəti söyləyərək müsəlman olub.

Keçmiş rahibin bu addımı kilsəyə gələn yerli sakinlər tərəfindən rəğbət və hörmətlə qarşılanıb. Salim Miqdad İslamı qəbul etdiyini bildirdikdən və İslam dininin əsaslarını izah etdikdən sonra 480 nəfər xristian onu nümunə götürərək müsəlman olub.

Sələf Xəbər: Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)
Uca Allah, həmçinin buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”. (Qurani-Kərim, “Hədid” surəsi, 28-ci ayə)

“Uca Allah bu ayədə Musa və İsa peyğəmbərlərə (onlara salam olsun) səmimiyyətlə iman gətirən Kitab əhlinə müraciət etmiş və onlara Allahdan qorxmağı, öz dininə axıradək sadiq qalmağı, Rəbbin hökmlərinə itaətsizlik etməməyi və Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) iman gətirməyi əmr etmişdir. Onlardan Rəbbin iradəsinə itaət edənlərə Uca Allah ikiqat – öz peyğəmbərlərinə sadiq olduqlarına görə və Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) sadiq olduqlarına görə mükafat vəd etmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər