Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Müsəlmanlar ibadətlərini Alman dilində etməlidir”

Aprel 14
17:33 2016

Andreas Şoyer: “Bütün imamlar Almaniyada təhsil almalı, müsəlmanlar ibadətlərini Alman dilində etməlidir”.

Bavariyanın Xristian-Sosial Birliyi partiyasının baş katibi Andreas Şoyer Almaniyada fəaliyyət göstərən məscidlərin xaricdən maliyyələşdirilməsinə qadağanı nəzərdə tutan qanunun qəbulunu təklif edib.

“Sələf Xəbər” Sputnik-ə istinadən xəbər verir ki, bu barədə A.Şoyer “Die Welt” qəzetinə müsahibəsində bildirib.

O, hesab edir ki, Almaniyada İslam haqqında qanun qəbul edilməlidir:

“Xaricdən, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanından məscidlərin və müsəlman uşaq bağçalarının maliyyələşməsi dayandırılmalıdır. Bütün imamlar Almaniyada təhsil almalıdır, onlar bizim əsas dəyərlərimizi paylaşmalıdır”.

A.Şoyerin fikrincə, müsəlmanlar ibadətlərini alman dilində etməlidir, ümumiyyətlə, Avropada İslamın ayrı cərəyanı yaradılmalıdır.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində deyir: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

Uca Allah buyurur: “Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız”. (Qurani-Kərim, “Zuxruf” surəsi, 3-cü ayə)

“Uca Allah Özünün sonuncu vəhyini bütün dillərdən ən zəngin və ən aydın olan bir dildə nazil etməsinin dəlili olaraq bu andı içmişdir. Bu ona görə edil­mişdir ki, insanlar Kitabı anlaya bil­sin­lər. Allah onun qavranılmasını asanlaş­dırmış və qulları üçün əl­ve­rişli etmişdir ki, onlar onun sözlərini başa düşsünlər və onlarda əks olunmuş mənanı anlasınlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər