Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müsəlmanların xristianlardan çox olacağı tarix

Aprel 03
18:31 2015

“2070-ci ildə dünyada yaşayan müsəlmanların sayı xristianlardan çox olacaq”.

“Sələf Xəbər” AZNEWS.AZ-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Pew Research Center” mərkəzinin ekspertləri yayıb.

Mütəxəssislər hesab edir ki, yaxın 50 il ərzində İslam digər dinlərə nisbətən daha çox inkişaf edəcək. Bu da müsəlmanların sayını xeyli artıracaq.

Hazırda dünya əhalisinin 23.2 faizi İslam, 31.4 faizi isə Xristain dininə sitayiş edir. 2050-ci ildə müsəlmanların sayı 29.7 faizə qalxacaq.

Avropa əhalisinin 10.2 faizini müsəlmanlar təşkil edir.

Qeyd edək ki, “Pew Research Center” mərkəzi bu məlumatları 2.5 minə yaxın mənbədən əldə edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)

Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik!

Digər xəbərlər