Nyu-York hakimiyyəti kilsəni məscidə çevirməyə icazə verib
1. 057 dəfə baxılıb
Nyu-York Şəhər soveti müsəlmanlar keçmiş katolik kilsəsini məscid kimi istifadə edə bilmələri üçün onlara bu qotika üslubundakı tikintinin damından və zirvəsindən altı xaçı sökməyə icazə verib, “Русская служба Би-би-си” bildirir.
Bəzi yerli sakinlər və keçmiş kilsə mənsubları xaçların çıxarılmasına qarşı çıxmışdılar. 200-dən çox insan onlayn-ərizə imzalamışdı. Ərizədə deyilirdi ki, 100 il əvvəl alman mühacirləri tərəfindən inşa edilmiş keçmiş “Müqəddəs Üçlük” katolik kilsəsi şəhərin görməli yerlərindən biri və memarlıq abidəsidir.
Lakin şəhər şurasının rəhbəri qurumun dini etiqad azadlığına toxunan məsələlərə müdaxilə etmək hüququna malik olmadığını bəyan edib.
Kilsə ziyarətçilərin sayının azalması ilə əlaqədar 2010-cu ildə bağlanıb. Ötən ilin dekabrında kilsə nəzdindəki məktəbin və prixod keşişinin binalarını əsasən Birma, Butan və Somalidən olan müsəlman immiqrantların savadsızlığını aradan qaldırmaqla məşğul olan qeyri-kommersiya təşkilatı alıb.
Keçmiş kilsənin binasında məscidin açılmasının təşəbbüskarı tədris mərkəzinin direktorudur. O bildirib ki, xaçlar götürülməlidir, çünki İslam bütlərə və simvollara ibadəti qadağan edir.
“Bu Din, mütləq, gündüzlə gecənin bir-birini əvəzlədiyi hər yerdə yayılacaq. Allah şəhərlərdə, köçlərdə hər bir evə ya ucaltmaqla, və ya alçaltmaqla bu Dini gətirəcəkdir. Ucaltmaqla Allah İslamı ucaldır, alçaltmaqla isə küfrü alçaldır.” (Əhməd, şeyx Albani hədisi “səhih” olaraq təsnif etmişdir).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)