Qüdsü Fələstin paytaxtı adlandırmış pilot Nyu-Yorkda həbs edildi
2. 135 dəfə baxılıb
İordaniyanın paytaxtı Əmmandan Nyu-Yorka uçan “Royal Jordanian Airlines” aviaşirkətinin iordaniyalı pilotu Nidal Ad-Daja Qüds üzərindən keçərkən sərnişinlərə müraciətində Qüdsü Fələstin dövlətinin paytaxtı adlandırıb.
Selefxeber.az “Moderator.az”a istinadən xəbər verir ki, dünya mediasında yayılmış son xəbərlərə görə, həmin müsəlman pilot ABŞ-ın Con Keneddi hava limanında polis tərəfindən saxlanılıb.
***
“Royal Jordanian Airlines” avia şirkətinin pilotunun ABŞ-a uçuş zamanı Qüdsü Fələstin dövlətinin paytaxtı elan etməsi sosial şəbəkə istifadəçilərinin güclü dəstəyi ilə qarşılanıb.
Bu haqda ərəb KİV xəbər yayıb. İordaniya paytaxtı Əmmandakı Kraliça Aliya beynəlxalq hava limanından Nyu-Yorka uçuş üçün səmaya qalxarkən iordaniyalı Nidal Ad-Daja adlı təyyarəçi sərnişinlərə ənənəvi müraciətində Qüdsü Fələstin dövlətinin paytaxtı adlandırıb. “Bizim uçuş marşrutu Fələstinin üzərindən keçəcək, sonra şimala – Fələstin dövlətinin paytaxtı Müqəddəs Əl-Qüdsə uçacağıq”, – deyə müsəlman pilot bəyan edib.
İordaniyalı təyyarəçinin bəyanatı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı olaraq tanımaq və ABŞ-ın səfirliyini Təl-Əvivdən oraya köçürmək qərarının səbəb olduğu güclü ictimai etirazların fonunda uğurlu səslənib.