Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 05.04.2015

Aprel 05
09:43 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

Müdafiə naziri: Bayrağımız tezliklə Şuşada dalğalanacaq


“Azərbaycan əsgəri hər an hazır olacaq”.
Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə nail olacağıq. Daha ətraflı

🌎

Erməni əsiri: “Mənasız müharibədən yorulmuşam” – VİDEO


Azərbaycan tərəfə keçən Ermənistan Silahlı Qüvvələrinin əsgəri Andranik Qriqoryanın Ermənistana video-müraciəti yayılıb. “Sələf Xəbər” Axar.az-a istinadən videonu təqdim edir: Daha ətraflı

🌎

“İŞİD tərəfdarları gün ərzində 100 min tvit ismarıcı göndərir”


“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması tərəfdarları “Twitter” sosial şəbəkəsi vasitəsilə hücumları planlaşdırmaq üçün 100 minə yaxın ismarıc göndərirlər. Daha ətraflı

🌎

Mədinə Hava Limanı sınaqdan keçiriləcək – VİDEO


“Sələf Xəbər” www.saudigazette.com.sa saytına istinadən xəbər verir ki, Sivil Aviasiya üzrə Ümumi İdarə aprel ayında Mədinə şəhərindəki yeni Şahzadə Məhəmməd Bin Əbduləziz Beynəlxalq Hava Limanının sınaqdan keçiriləcəyi barədə məlumat yayıb. Daha ətraflı

🌎

BƏƏ-nin vitse-prezidenti Azərbaycana səfərə gəlir


Bu gün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd Bin Rəşid əl-Maktumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Daha ətraflı

🌎

Suriyada döyüşmüş daha bir azərbaycanlı saxlanılıb


Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.
Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Daha ətraflı

🌎

Müsəlmanların xristianlardan çox olacağı tarix


2070-ci ildə dünyada yaşayan müsəlmanların sayı xristianlardan çox olacaq”.
“Sələf Xəbər” AZNEWS.AZ-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Pew Research Center” mərkəzinin ekspertləri yayıb.
Mütəxəssislər hesab edir ki, yaxın 50 il ərzində İslam digər dinlərə nisbətən daha çox inkişaf edəcək. Bu da müsəlmanların sayını xeyli artıracaq. Daha ətraflı

🌎

Vahid Ərəb Ordusu yaradıldı


Ərəb ölkələri Vahid Ordunun yaradılması ilə bağlı qərar qəbul edib.
Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələrinin aviazərbələri Yəməndə “silahlı üsyançıların silahları atıb təslim olanadək” davam edəcək.T Daha ətraflı

🌎

İnsan səhhətinə faydalı olan 5 çılğın nəsihət


“Sələf Xəbər” “əl-Ənbə” qəzetinə istinadən xəbər verir ki, çox vaxt səhhətin sağlamlığı üçün söhbət mükəmməl yuxudan və zərərsiz, faydalı qidadan gedir. Amma bu dəfə çılğın, lakin faydalı nəsihətlərə nəzər salmaq pis olmazdı. Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi bəyanat yayıb


Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi Yəməndə baş verən hadisələrlə bağlı bəyanat yayıb.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, səfirlikdən verilən məlumata görə, bəyanatda deyilir ki, husi silahlı birləşmələrinin Yəməndə qanuni hakimiyyəti devirməsi nəticəsində bu ölkənin təhlükəsizliyi və sabitliyi pozulub: Daha ətraflı

🌎

Digər xəbərlər