Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 15.03.2015

Mart 15
09:29 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Qamət Süleymanov: “Radikallıqla mübarizənin yolu maarifləndirmədir”


“Azərbaycanda radikallığa qarşı mübarizə aparan yeganə məscid idi”.

“Dini radikallar həmişə olub və olacaq. Dini radikalların çoxalmasına dünyada gedən proseslər də təsir edir. Buna görə də, radikallıq həmişə olacaq. Onların kökünü kəsmək mümkün deyil. Sadəcə, qabaqlayıcı tədbirlər görülməlidir. Radikallıqla mübarizə onları həbs etmək demək deyil”. Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanı müftisi: “İŞİD gənclərdən istifadə edir”


“Əhli-sünnə qəddar rəftar və insanların öldürülməsi ilə əlaqələndirilə bilməz”.

“Sələf Xəbər” www.arabnews.com saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Baş Müftisi Şeyx Əbdüləziz əl-Şeyx İŞİD terror xəvaric qruplaşmasının İslam prinsiplərinə birbaşa zidd olan fitnəkar əməlləri ilə əhli-sünnə inanclarını və dəyərlərini təmsil etmədiyini vurğulayıb. Daha ətraflı

🌎

Kəbə imamı: dildə və əməldə peyğəmbər sevgisi – VİDEO


“Sələf Xəbər” redaksiyası sizə Kəbə Məscidinin imamlarından biri olan Suud əş-Şureymin “Sözdə və feldə Peyğəmbər sevgisi” adlı gözəl Cümə xütbəsini təqdim edir: Daha ətraflı

🌎

Şeyx Sudeys Peyğəmbər məscidini təmizləyir – FOTO


“Sələf Xəbər” “əl-Ənbə” saytına istinadən xəbər verir ki, Kəbə məscidinin imamı və “İki Müqəddəs Məscid” işlərinin rəisi, professor şeyx Əbdurrəhman əs-Sudeys Peyğəmbər məscidinin ərazisini təmizləyən işçilərin birinin təmizləyici maşından düşməsini tələb edərək özü həmin maşında əyləşmiş və on dəqiqədən çox bir müddətdə özü təmizlik işi ilə məşğul olub. Daha ətraflı

🌎

ŞOK: Qədim ingilis sikkəsinin üzərində tövhid kəlməsi – FOTO


“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, bu il beşinci Əməvi xəlifəsi Abdul Məlik ibn Mərvanın əmri ilə hicrətin 77- ci, miladın isə 690- cı ilində 77 dinarı kimi tanınan ilk Ərəb dilində olan dinarın düzəldilməsindən 1325 il keçməsinə təsadüf edir. Daha ətraflı

🌎

Cahilliyin təhlükəsi


Həqiqətən də, insanın dini və dünyasının puç olmasının ən böyük səbəblərindən biri də cahillikdir. Nəyinki İslama görə, hətta bədahətən ağılla düşündükcə aydın olur ki, elmi olmayan kəs nə dünya işlərindən nə də dini məsələlərdən anlaya və baş çıxara bilməz. Daha ətraflı

🌎

Britaniyalı üç qız Kanadalı casusun vasitəsilə İŞİD-ə qoşulub – VİDEO


“Sələf Xəbər” www.dailysabah.com saytına istinadən xəbər verir ki, Kanada hökuməti kəşfiyyat xidməti üçün çalışdığı güman edilən casusun britaniyalı üç qızı Türkiyə yolu ilə Suriyaya, İŞİD terror xəvaric qruplaşmasının sıralarına qoşulmaq üçün yollanmasına kömək etdiyi barədə məlumatlara dair heç bir şərh verməsə də, Türkiyənin Haber TV telekanalı həmin şəxsin və üç qızın video görüntülərini yayımlayıb. Daha ətraflı

🌎

“Boko Haram” zəiflədiyi üçün İŞİD-lə birləşir


Nigeriyada “Boko Haram” qruplaşması rəhbəri Əbubəkr Şekau tərəfdarlarını İŞİD terror xəvaric qruplaşması ilə birləşməyə çağırıb. Ekspertlərin sözlərinə görə, bu, “Boko Haram” silahlılarının köməyə ehtiyac duyduğunu göstərir. Bu isə, öz növbəsində qruplaşmanın zəiflədiyindən xəbər verir. Daha ətraflı

🌎

Kanadalı müsəlmanlar İŞİD əleyhinə kampaniya keçirib – FOTO


“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, “Kanadalı Müsəlmanlar Terrorçuluq Əleyhinə” qrupu tərəfindən bu yaxınlarda həyata keçirilmiş kampaniya çərçivsində qrup üzvləri ölkədəki insanların “təhlükəsizliyini təmin etmək üçün” əllərindən gələni əsirgəməyəcəklərinə and içiblər. Daha ətraflı

🌎

Günəş enerjisi ilə işləyən təyyarə Əbu-Dabidən havaya qalxdı – VİDEO + 3D


Sadəcə günəş enerjisi ilə işləyən təyyarə dünya ətrafında səyahətə başladı. Gecə saatlarında belə Günəş batareyaları ilə qidalanan “Solar Impulse-2″ adlı təyyarə dünya rekordu qeydə almaq üçün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən havaya qalxıb dünyanın ətrafına dolaşacaq uçuşuna başladı . Aylar sürəcək uçuşun ilk duracağı yer Omanın paytaxtı Muskas olacaq . Daha ətraflı

🌎

Digər xəbərlər