Ərdoğan Putinə yeni Qarabağ PLANI TƏQDİM EDİR – İrəvan MƏNGƏNƏDƏ
3. 244 dəfə baxılıb
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakdan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirdi ki, yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək.
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək”, – deyə Ərdoğan qeyd edib.
Ərdoğanın bu açıqlaması Ermənistanda narahatlıqla qarşılanıb.
Selefxeber.az-ın “Publika.az”a istinadən məlumatına görə, Erməni şərhçi Sarqis Arstruni yazır ki, Ərdoğan Putinə Qarabağla bağlı yeni saziş təklif edəcək.
“Bu, o demək deyil ki, Moskva “Lavrov planı”ndan imtina edəcək. lakin geosiyasi və regional reallıqlar Moskvanın Ankaranın sazişini tamamilə rədd etməyəcəyini də deməyə əsas verir. Tramp Administrasiyasının regional və Qarabağ siyasəti, eləcə də Fransanın məhdudlaşdırılmış resursları nizama salma prosesində Moskvanın hökmranlığına imkan verir. Bu gün həm də Moskva-Bakı-Ankara formatı da ciddi əlaqələrə malikdir. Bu baxımdan, yaxın gələcəkdə Qarabağla bağlı Rusiya-Türkiyə sazişinin olması ehtimalı böyükdür”, – deyə erməni şərhçi qeyd edib.
Erməni yazar Naira Ayrumyan isə hesab edir ki, Ərdoğanla Putinin Qarabağ razılaşması Ermənistanı çətin vəziyyətə salacaq: “Rusiya Qarabağla bağlı Ermənistana təzyiqləri artıra bilər. Noyabrın 15-16-da Sarkisyan Moskvaya işgüzar səfər edəcək. Bu səfər təxminən Putin-Ərdoğan görüşü ilə üst-üstə düşəcək. Mümkündür ki, Putin Qarabağla bağlı Ərdoğanla razılaşacağı yeni planı Moskvada Sarkisyana təqdim edəcək. İrəvanın buna nə reaksiya verəcəyi maraqlıdır”.