Professor: Şah İsmayıl Xətainin damarlarında xristian qanı axırdı
5. 195 dəfə baxılıb
“Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı”.
Selefxeber.az-ın məlumatına görə “Oxu.Az” xəbər verir ki, bunu azərbaycançılıqla bağlı bir neçə kitabın müəllifi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə publika.az-a deyib.
Onun sözlərinə görə, Şah İsmayılın nənəsi xristian olub:
“Doğrudur, Şah İsmayıl Xətainin Azərbaycan üçün xidmətləri danılmazdır. O, Azərbaycanın üçüncü böyük imperiyasını yaradıb, ana dilimizi dövlət dili edib. Amma eyni zamanda şiəliyi təbliğ edib, dövlət səviyyəsinə qaldırıb. Bunun da səbəbləri var idi.
O, xristian dövlətlərin təsiri altında bunu edirdi. Çünki Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı. Şah İsmayılın nənəsi olan Uzun Həsənin arvadı Aləmşah bəyim Trabzon imperatoru Komnenoslardan IV İohannın qızı Dəspinə xatun idi. Dəspinə xatun yunan xristianı olub”.