Təhlükəli dini sektalar
2. 255 dəfə baxılıb
PİA xəbər verir ki, sosioloqlar hələ də sekta sözünün mənası haqda ümumi rəyə gəlməyiblər. Bəziləri deyir ki, bu, məhdud sayda insanların ibadət etdikləri dini icmadır. Bəziləri isə iddia edir ki, sekta bir qrup insanın ideoloji dəyərlərə görə birləşdiyi qruplardır. Hər bir halda, sekta sözü çox vaxt ölüm anlayışı ilə assosiasiya olunur.
Ho-no-Hana
Ho-no-Hana – Yaponiyada meydana gələn qeyri-buddist dini sektadır. 1997-ci ildə Hoqen Fukunaqa tərəfindən yaradılıb. Hoqen iddia edir ki, guya insanların ayaqlarına baxmaqla onların keçmişlərini və gələcəklərini görə bilir. Həmçinin, o, xüsusi seanslarda insanları xərçəng və digər ağır xəstəliklərdən “xilas edir”. Belə “müalicəvi” seansda iştirak edib sağalmaq həvəsinə düşənlər bir seans üçün 900 dollar ödəyirlər. Fukunaqa dələduzluqda ittiham edilib, 1 milyon dollar cərimə olunduqdan sonra sekta adını dəyişdi. İndi onlar icmaya insanları “Yorokobi Kazoku” adı altında dəvət edirlər.
Realiano sektası
Bu sekta ötən əsrin 70-ci illərində Fransada Klod Varilyon tərəfindən yaradılıb. Əvvəlllər idman şərhçisi kimi tanınan Klod 1973-cü ilin dekabrın 13-də guya yadplanetlilərlə təmasa girdiyini elan edir. Öz sözlərinə görə, yadplanetlilərdən Elohim adlı biri ona Allah olduğunu deyib. Guya Elohim həmçinin iddia edib ki, yer üzündəki bütün canlılar, həmçinin insanlar yadplanetlilərin gen mühəndisləri tərəfindən yaradılıb.
Bu bəyanatdan sonra Klod öz sektasına xeyli adamı cəlb edib. Onlardan çoxu inanır ki, Klod ölümsüzlüyün sirrini Elohimdən öyrənib. Qeyd edək ki, bu sektada seks azaddır.
“Günəş məbədi” ordeni
“Günəş məbədi” ordeni neonasist Lüka Jure tərəfindən 1984-cü ildə yaradılıb. Belçikalı Lüka özünü orta əsr tampliyerlər ordeninin davamçısı sayır. Sekta üzvləri radikallıqlarıyla seçilirlər. Həmçinin onlar apokalipsisə – qiyamət gününə inanırlar. Deyirlər ki, ölümdən sonra axirətdə məhz bu sekta üzvlərini mükafat gözləyir. 1995-ci ildə Alp dağlarında bu sektanın 16 üzvü ritual şəkildə intihar etdi. Onlar özlərini diri-diri yandırdılar.
Mensonun sektası
Özünü peyğəmbər elan etmiş seksual manyak Menson ağ və qara irq arasında nifaq salmaqla məşhurlaşdı. 1969-cu ildə o, bir neçə qətl hadisəsində ittiham edilərək həbs olundu. Aydın oldu ki, Menson məşhur Hollivud rejissoru Roman Polanskinin həyat yoldaşı, aktrisa Şeron Teytində qətlində günahkardır. Mensonun barəsində ölüm hökmü çıxarıldı. Amma 1977-ci ildə Kaliforniya məhkəməsi bu hökmü ömürlük həbslə əvəzlədi.
“Xalqlar Məbədi”
Havay adalarında yerləşən bu sekta dünyanın ən təhlükəli dini sektası sayılır. 1978-ci ildə burada baş verən hadisə isə bütün dünyanı şoka saldı. Şahidlər deyir ki, sektanın rəhbəri Cim Consun çıxışlarına toplaşan adamlar mitinq iştirakçılarını xatırladırdılar. Onun bir sözünü iki etməyə kimsə cəsarət etmirdi. 1978-ci ilin noyabrın 18-də Cons çıxış edərkən Amerika bayrağına işarə edərək demişdi: “Fanatik, irqçi, imperialist millətin nümayəndələri, vaxt gələcək, hesablaşacağıq”. Həmin gün 1000-dən çox ABŞ vətəndaşı (sekta üzvləri) kütləvi intihar etmişdi.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!…” (Müqəddəs Quran, “Ali İmran”, 19-cu ayə).
“Uca Allah bu ayədə bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir.
Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar” (Müqəddəs Quran, “Ali İmran”, 85-ci ayə).
Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax “Təfsir Əs-Saadi”).