Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan ərəb ölkələrinə birgə investisiya fondları yaratmağı təklif edib

Oktyabr 20
16:35 2017

“Körfəz ərəb ölkələrinin Azərbaycanda sənaye parklarında birgə müəssisələr yaratması üçün geniş imkanlar var”.

Selefxeber.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, sənaye parklarında sahibkarlar üçün geniş imkanlar yaradılıb: “Azərbaycanda özəlləşdirilmə proqramı artıq geniş vüsət alıb, müvafiq portal yaradılıb. Siz bu portaldan yararlanmaqla, əlverişli imkanlardan yararlana bilərsiniz”.

Ş. Mustafayev əlavə edib ki, Azərbaycan və Körfəz ərəb ölkələri birgə investisiya fondları da yarada bilər. “Bizim “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”miz var. Analoji formatda investisiya fondları yaratmaq olar. Biz Qətərlə investisiya fondunun yaradılması ilə bağlı danışıqlar aparırıq. Ümid edirəm ki, bu layihə də reallaşacaq”, – deyə nazir vurğulayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər