Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Ən çox nefti olan ölkələr – Azərbaycan neçəncidir?

Yanvar 04
18:58 2018

Dünyanın ən böyük neft ehtiyalarına sahib ölkələrinin siyahısı yenilənib.

Selefxeber.az-ın məlumatına görə, “OilGas.az” xəbər verir ki, “Global Firepower” beynəlxalq araşdırma şirkəti ən çox nefti olan ölkələrin 2017-ci il üzrə sıralamasını təqdim edib.

Siyahıda ilk yerdə 300 mlrd. barel neft ehtiyatıyla Venesuela qərarlaşıb. Səudiyyə Ərəbistanı 269 mlrd. barellə 2-ci sırada, Kanada 171 mlrd. barellə üçüncü sırada yer alıb.

157,8 mlrd. barel neft ehtiyatına sahib İran 4-cü pillədə, İraq 143 mlrd barellə 5-ci sırada yer tutub.

6-cı sırada yer alan Küveytin ehtiyatları 104 mlrd. barel təşkil edib. Birləşmiş Ərəb Əmirlikləri 98 mlrd. barellə 7-ci yerdə, Rusiya isə 80 mlrd. barel ehtiyatla 8-ci yerdə məskunlaşıb.

9-cu pillədə 48,3 mlrd barel ehtiyatla Liviya yer alıb. Onluğu 37 mlrd barel ehtiyatlara sahib Nigeriya tamamlayıb.

ABŞ 36,5 mlrd barel ehtiyatla 11-ci sırada, Qazaxıstan 30 mlrd. barellə 12-ci, Çin 25 mlrd. barellə 13-cü sırada yer tutub.

Beynəlxalq araşdırma şirkəti tərəfindən təqdim olunan siyahıda Azərbaycan 7 mlrd barel ehtiyatla 20 sırada qərarlaşıb.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 623 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN