Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 02.11.2014

Noyabr 02
07:18 2014

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Aşura orucu: inkar edilməz dəlillərlə


Bütün müsəlmanların və qeyri-müsəlmanların bildiyi kimi, Aşura günü bir neçə yadda qalan və dinindən asılı olmayaraq Allaha inananları sevindirən mühüm hadisələr baş vermişdir. Ona görə də insanlar bu gündə Allah Təalaya şükür olaraq oruc tuturlar.

Bir neçə hadisələrin baş verdiyi bu gündə hər bir müsəlmanın ürəyini ağrıdan və sızladan digər bir hadisə baş vermişdir ki, o da Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) nəvəsi, Əli (Allah ondan razı olsun) və Fatimənin (Allah ondan razı olsun) balası və Cənnət cavanlarının ağası olan İmam Hüseynin (Allah ondan razı olsun) zalımlar, fasiqlər və namərdlər tərəfindən şəhid edilməsidir.

Lakin müsəlmanlara Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) sünnə kimi qalan Aşura gününün orucu ilə igidlik rəmzi olan Kərbəla şəhidi İmam Hüseynin (Allah ondan razı olsun) şəhidlik zirvəsinə çataraq Rəbbinə qovuşması arasında heç bir ziddiyyət yoxdur. Daha ətraflı

Dini Komitə: “Aşuranı yas kimi təqdim etmək olmaz”


“Qafqazinfo”nun lent.az-a istinadən xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günü ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə bəzi insanların Aşuranı yas kimi təqdim etməsinin yolverilməz olduğu deyilir: “Bu günlərdə bəzi mövhumatçılar, xurafatçılar, dini yas dini kimi qəbul edənlər, hətta öz şəriət kitablarından xəbərsiz olduqları halda Məhərrəmliyə və Aşura gününə yas günləri kimi baxıblar. Halbuki, Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) sevimli davamçıları, səhabələri, dostları, əhli beyti, ailəsi bu günləri oruc tutmaqla keçiriblər. Hətta bizim çox şiə qardaş və bacılarımız vardır ki, onlar da bu günləri oruclu keçirirlər. Bu barədə əhli sünnə və əhli şiə mənbələrində çoxlu xəbərlər gəlib”. Daha ətraflı

Kərbəla hadisəsi: Quran və sünnə işığında


“Sələf Xəbər”-in təqdim etdiyi bu məqalədə, bütün müsəlmanların ürək acısı ilə xatırladığı bir faciə – əsrlər öncə Məhərrəm ayında İmam Hüseynin (Allah ondan razı olsun) xaincəsinə qətlə yetirilməsinə dair həqiqətlər yer alıb. Daha ətraflı

İmam Hüseynin fəziləti


Peyğəmbərimizin (ona Allahın salavat və salamı olsun) sevimli nəvəsi, Əli (Allah ondan razı olsun) və Fatimə (Allah ondan razı olsun) kimi şəxsiyyətlərin ovladı olan İmam Hüseyn (Allah ondan razı olsun) hicrətin 4-cü ilində anadan olmuş və 61-ci ilində Məhərrəm ayının onunda İraqın Kərbəla şəhərində zalımlar tərəfindən qətlə yetirilib şəhidliyin ən yüksək mərtəbəsinə nail olaraq Rəbbinə qovuşmuşdur. İmam Hüseyn (Allah ondan razı olsun) Quran, hədis və fiqh elmini bilməsi ilə Mədinə şəhərində çox məşhur idi. Daha ətraflı

Kəbədə ilk dəfə “Sibə” avazında azan verildi – VİDEO


“Sələf Xəbər” alarabiya.net saytına istinadən bildirir ki, uzun illər boyu Kəbə məscidində “Hicaz” və digər avazlarla verilən azan və iqamədən sonra ilk dəfədir ki, bu Müqəddəs məkanın zəvvarları Fəcr namazının ilk azanında “Sıbə” avazı ilə verilən azanı eşitmişdirlər. Daha ətraflı

Səudiyyə Ərəbistanının baş müftisi İslam aləminə səsləndi


“Sələf Xəbər” aawsat.com saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Krallığının baş müftisi və Böyük Alimlər Məclisinin başçısı Əbdüləziz Əli Şeyx yeni hicri ili olan 1436-cı ilin əvvəlində bütün müsəlmanlara səslənib.

Baş müfti müsəlmanlara xitab edərək, onları parçalanmaqdan, ixtilafdan və düşmənlərin hiylələrinin arxasınca getməkdən çəkindirib. O, əlavə edib ki, bu fitnələri alovlandırmaqda ümmətin düşmənlərinin hədəfi İslam ölkələrini ələ almaq üçün rahat yol və açıq qapı hazırlamaqdır. Əbdüləziz Əli Şeyx, ümməti dini və maddi güc toplamağa çağırmış, İslam ümmətini birləşməyə səsləmiş və zəlillik, zəiflik, təfriqə və ixtilafdan uzaq durmağı tövsiyə etmişdir. Daha ətraflı

Səudiyyə Ərəbistanında 13 terrorçu həbs edilib


“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı məhkəməsi, ABŞ hava qüvvələrinə hücum etməkdə təqsirli bilinən, əfqan və qətərli 2 şəxs də daxil olmaqla, 13 nəfəri 18 ay və 30 il həbs cəzasına məhkum edib.

Mətbuatda yayılan xəbərlərə əsasən, məhkumlar Qətərdə qumbara, raket və digər silahlarla ABŞ qoşunlarını hədəfə alan “terror təşkilatı qurmaqda” təqsirli bilinib. Daha ətraflı

İŞİD qruplaşmasının 300 üzvü məhv edilib


“Sələf Xəbər”-in Bakupost-a istinadən xəbərinə görə, İraq ordusunun həyata keçirdiyi hərbi əməliyyat nəticəsində İŞİD terror xəvaric qruplaşmasının təxminən 300 üzvü məhv edilib.

Bu barədə İraqın müdafiə nazirliyi rəsmi açıqlama verib. Məlumatda həmçinin bildirilir ki, hərbçilər iki yaşayış məntəqəsini yaraqlılardan təmizləyiblər, əməliyyatda 112 partlayıcı qurğu zərərsizləşdirilib, 18 minalanmış avtomobil məhv edilib. Daha ətraflı

İŞİD-in liderlərindən biri öldürüldü


“Sələf Xəbər” internethaber.com saytına istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının bombalar üzrə mütəxəssislərindən biri olan Əbu Yəhya Bağdadinin İraq Xüsusi Təhlükəsizlik dəstələri tərəfindən öldürüldüyü açıqlanıb. Daha ətraflı

Davudoğludan Azərbaycana mesaj – “Ürəyimiz ağrıyır…”


“Sələf Xəbər” bizimyol.info saytına istinadən xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu son günlər Kobani ətrafında baş verən hadisələrə görə Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarını tənqid edənlərə cavab verib.

Davudoğlu Türkiyənin Kobaniyə daxil olmasını istəyənlərə Azərbaycan-Ermənistan sərhədində baş verənləri nümunə göstərib. Daha ətraflı

Digər xəbərlər