HƏFTƏNİN YEKUNU – 05.07.2015
760 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
Şeyx əl-Albani – DÜNYA MÜSƏLMANLARINA MÜRACİƏT – VİDEO
“Sələf Xəbər” Şeyx əl-Albaninin (Allah rəhmət etsin) DÜNYA MÜSƏLMANLARINA MÜRACİƏTİNİ təqdim edir. Daha ətraflı
Səudiyyə Ərəbistanında 220 xarici vətəndaş İslamı qəbul edib
Səudiyyə Ərəbistanında Ramazan ənənələrindən və müsəlmanların qonaqpərvərliyindən təsirlənən 220 Filippin vətəndaşı İslamı qəbul edib. Daha ətraflı
Bu dəfə İŞİD üzvləri edam edildi
Suriyada “Ceyşul İslam” müxalif qüvvə ələ keçirdikləri 18 İŞİD xəvaric terror qruplaşması üzvünü edam edib.
“Sələf Xəbər”in Türkiyə mediasına istinadən xəbərinə görə, Bəşşar Əsədə qarşı mübarizə aparan “Ceyşul İslam” ( İslam Ordusu ) müxalif qüvvə əsir aldıqları 18 İŞİD xəvaric terror qruplaşması üzvünü İŞİD-in öz üsullarıyla edam edib. Daha ətraflı
Tunisdə terror hücumuna məruz qalanlar – ETİRAF!
“Müsəlmanlar bizi qorumaq üçün özlərini sipər etdilər”
Tunisdə müsəlman işçilər turistlərin önündə sırayla düzülərək terrorçudan getməyi tələb ediblər.
Tunisdəki çimərlikdə hücuma məruz qalmış turistlərin bildirdiyinə görə, hadisə zamanı otelin müsəlman işçiləri özlərini onların önündə canlı qalxan edərək terrorçunu fikrindən vaz keçirməyə çalışıblar. Daha ətraflı
Suriyada döyüşən azərbaycanlılara hökm oxunub
“Sələf Xəbər” Teleqraf.com-a istinadən məlumat verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edənlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Daha ətraflı
Dövlət Komitəsindən halal heyvanların kəsim qaydası: “BİSMİLLAH” deyin!
“Müsəlmanlar üçün halal sayılan heyvanın kəsimi zamanı qəssab “Allahın adı ilə” mənasını verən “BİSMİLLAH” kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks təqdirdə kəsim halal sayılmaz”. Daha ətraflı
Oruc tutmağın danılmaz faydaları – MÜTƏXƏSSİS RƏYİ
Aparılan araşdırmaya görə, oruc tutmaq psixologiyada müsbət istiqamətdə böyük təsirə malikdir.
“Sələf Xəbər” A24.com.tr-yə istinadən məlumat verir ki, orucun ruh sağlamlığı üzərindəki təsirlərini araşdıran Mərkəzi Hospitalın mütəxəssisi psixoloq Aycan Bulud, verdiyi mənəvi töhfələrinə görə Ramazan ayının əhəmiyyətinə diqqət çəkib. Daha ətraflı
Almaniyada hicab – YENİ QƏRAR
Parlamentin qərarı ilə artıq müəllimlər məktəbdə hicab geyinə biləcəklər.
Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn-Vestfaliyada hicab qadağası ləğv olunub. Daha ətraflı
Türkiyənin Suriyaya girəcəyi xəbərinə görə İŞİD əlavə tədbirlərə əl atır
Türkiyənin Suriyaya qoşun yeridəcəyi xəbərləri İŞİD terror xəvaric qruplaşmasını əlavə tədbirlərə əl atmağa vadar edib. Suriyalı müxaliflər İŞİD terror xəvaric qruplaşmasının Türkiyə sərhədində xəndək qazmağa başladığını bildirirlər. Daha ətraflı
“Əl-Qaidə”dən İŞİD-ə sərt mesaj
“Sələf Xəbər” Atv.az-a istinadən məlumat verir ki, “Əl-Qaidə” terror qruplaşmasının ABŞ-dakı yüksək vəzifəli şəxsi sayılan Adam Qadan İŞİD terror xəvaric qruplaşmasını müsəlmanlara qarşı ifrat dərəcədə qəddarlığa görə ittiham edib. Daha ətraflı