Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 08.02.2015

Fevral 08
10:56 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Ruminiyalı yolunu azdı, lakin haqqı tapdı – VİDEO


“Sələf Xəbər”in alanba.com-a istinadən sizə təqdim edəcəyi bu videoda Ruminiyalı bir kişinin həyat yoldaşı ilə qardaş Türkiyəyə səyahətə gedərkən yolunu azması səbəbilə qəlbinin İslama açılmasını və beləliklə də, onların İslam dinini necə qəbul etdiklərini dinləyəcəksiniz. Daha ətraflı

🌎

İŞİD terror xəvaric qruplaşması iordaniyalı əsiri diri-diri yandırdı – FOTO


“Pilot Kəsəsibəni yandırması bir daha bu qruplaşmanın terrorçu olduğunun və sonunun çatdığının bariz nümunəsidir”.

“Sələf Xəbər” əl-Cəzira kanalına istinadən xəbər verir ki, İordaniya Haşimi Krallığı əsir pilotlarının İŞİD terror xəvaric qruplaşması tərəfindən diri-diri yandırılaraq öldürüldüyünü təsdiqləyib. Bu İŞİD terror xəvaric qruplaşması vəhşiləri hər nə etsələr də, bu cür çirkinliyə ilk dəfə idi ki, əl atırdılar. Daha ətraflı

🌎

Çeçen gənclər Suriyaya getdikləri üçün çox peşmandırlar


İŞİD terror xəvaric qruplaşmasının tərkibində vuruşmuş çeçenlər “Bu müharibə üçün ölməyə dəyməz” deyiblər.

“Sələf Xəbər” ria.ru saytına istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının tərkibində döyüşmüş çeçenlər “Rusiya bu gün” agentliyinə hərbi döyüşlər gedən ərazilərə yollanmaq qərarlarının yalnış olduğunu bildiriblər. “Heç kim kiminsə maraqları və pulları naminə ölməməlidir” – onlardan biri bəyan edib. Daha ətraflı

🌎

İslam İspaniyaya rəsmi olaraq yenidən qayıtdı – VİDEO


“Sələf Xəbər” alanba.com – a istinadən xəbər verir ki, İspaniyanı çiçəkləndirən müsəlmanların 500 il bundan əvvəl oradan qovulmasından sonra 33 il öncə İslam Əndəlusa rəsmi olaraq yenidən qayıtdı.

Belə ki, Səudiyyə Ərəbistanının indiki kralı Salman ibn Əbdüləziz ər-Riyad şəhərinin əmiri olarkən 1981-ci ildə 500 illik bir fasilədən sonra öz hesabına Bütün İspaniyada rəsmi olaraq ilk məscid tikdirmiş və yenidən azan səsi İspaniyada eşidilməyə başlamışdır. Bu ilk məscid İspaniyanın Aralıq dənizi sahilində yerləşən Marbiya şəhərindədir. Məscidin memarı elə İspaniyanın Qurtubə şəhərindən olan Xuvan Mura Orbanodur. Daha ətraflı

🌎

Kral: “Oğlunun qisasının alınacağını sənə söz verirəm” – FOTO


İordaniya Hərbi-Hava Qüvvələrinin 26 yaşlı leytenantı, F-16 qırıcı-bombardmançı təyyarəsinin pilotu Muaz Kasasbəyin dünən dəfn mərasimi keçirilib.

İŞİD terror xəvaric qruplaşmasının Suriyanın Rəqqa şəhərində yandırdığını iddia etdiyi, əslində isə Huda şəhərində qəfəsə salınaraq diri-diri yandırılan pilotun külə dönmüş cəsədi belə İordaniyaya verilməyib. Daha ətraflı

🌎

İŞİD-in qanlı filmlərini portuqaliyalı gənclər idarə edir – FOTO


İŞİD terror xəvaric qruplaşmasının düzəltdiyi edam videolarının dəqiq və yüksək keyfiyyətlə çəkilməsi və bunun arxasında duranların kimlər olması bir çoxlarında suallar doğurur.

“Sələf Xəbər” “əl-Ənbə” qəzetinə istinadən xəbər verir ki, İngiltərənin “Sandi Times” qəzeti İŞİD terror xəvaric qruplaşmasının başkəsmə videolarını idarə edən əslən Portuqaliyadan olan, lakin İngiltərəyə köçən beş gəncin şəxsiyyətini üzə çıxardıb. Daha ətraflı

🌎

Dünyanın ən böyük üçüncü məscidi inşa edilir – FOTO


Böyük Əlcazayir Məscidi və ətrafındakı ona bağlı binaların 120 min nəfərlik tutumu olacaq.
Əlcəzairdə İslam dünyasının ən böyük ibadət yerlərindən biri olacaq məscid tikilir.
“Sələf Xəbər”in “A24.az”-a istinadən məlumatına görə, Böyük Əlcazayir Məscidi və ətrafındakı ona bağlı binaların ümumilikdə 120 min nəfərlik tutumu olacaq. Daha ətraflı

🌎

İŞİD-i tərk edən şeyx: “Onların islama aidiyyatı yoxdur”


“Sələf Xəbər” əl-Arabiyyə kanalına istinadən xəbər verir ki, təqribən, bir il öncə səudiyyəli dəvətçi Mani ibn Nasir əl-Mani “Twitter”də yazaraq İŞİD terror xəvaric qruplaşması sıralarında olduğunu qeyd etməsi ilə insanları çaşdırmışdı. Daha ətraflı

🌎

Dini lider məktəblilərin hicabının müdafiə edilməsini xahiş edib


Rusiya Müsəlmanları Dini İdarəsinin rəhbəri müfti Ravil Qaynutdin qızların məktəbə ənənəvi müsəlman örtüyündə, yəni hicabla gəlmək haqqını qorumaq xahişi ilə ölkə rəhbərliyinə məktub göndərib.
“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə qurumun mətbuat xidmətindən bildiriblər. Daha ətraflı

🌎

“Charlie Hebdo” nəşrini dayandırdı


Fransada 12 əməkdaşı öldürülən “Charlie Hebdo” jurnalı nəşrini dayandırıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, satirik jurnal bir müddət çap olunmamaq qərarı verib. Rəhbərlik terrordan sonra bəzi dəyişikliklər olacağına görə fasilə verildiyini açıqlayıb. Daha ətraflı

🌎

Digər xəbərlər