Ələddinin şəhəri Dubayın tarixi hissəsində tikiləcək
1. 141 dəfə baxılıb
Dubay hökuməti əmirliyin tarixi hissəsində Ələddinin örtülü Şəhərinin tikintisi üzrə böyük layihənin reallaşdırılmasına başlayır. Şəhər köhnə ticarət limanının üstündə tamamilə su üzərində inşa ediləcəkdir, əmirliyin “Əl-Xalic” qəzetinə istinadən “Риа Новости” xəbər verir.
Ələddinin Şəhərinin layihəsi “qızıl” konstruksiyaların bolluğu və incə döymənin bənzədilməsi ilə şərq ənənələrində yerinə yetirilib. Ən hündürü 450 metrə qalxacaq üç əsas qala qədimi şərq yağ lampası, zərif bardaq və ətir şüşəsini xatırladacaqlar.
Ələddinin Şəhərində yaşayış kompleksi, mehmanxana, biznes mərkəzi, əyləncə parkı və çoxlu mağaza, restoran və kafelər yerləşəcək. O ayrı-ayrı yerləşdirilmiş və ayrılmaz şəkildə ansambla daxil olan avtodayanacaq kompleksləri ilə təchiz ediləcək, isti yay aylarında bir binadan o birisinə keçməyi isə bütün tikililəri sanki zərif “qızıl zəncirlə” öz aralarında birləşdirən xüsusi örtülü qalereyalar yüngülləşdirəcək.
Layihə müəllifinin sözlərinə görə, layihənin hazırlaması vaxtı əsas məsələlərdən biri Ələddinin Şəhərinin yerləşəcəyi Dubayının xüsusilə qorunan tarixi “Xor-Dubay” rayonu, həmçinin kompleksin inşası zamanı işini dayandırmayacaq ticarət limanı ilə maksimal dərəcədə ehtiyatlı davranmaq idi. Bunun üçün layihə tamamilə suda reallaşdırılacaq və tam mənası ilə liman qurğularının üzərindən “yüksəklərə qalxacaq”.
Əmirlik şəhərinin hakimiyyəti ümid edir ki, “qədim əfsanələrdən gəlmiş, amma gələcəyin texnologiyaları ilə inşa edilən” Ələddinin Şəhəri həm biznesmenlərin, həm də turistlərin xoşuna gələcəkdir.