İstanbul Roma və Londonu ötüb turistlərin ziyarət etdiyi şəhərlərin birincisi oldu
1. 047 dəfə baxılıb
Paris insanların ziyarət etmək istədiyi şəhərlər sırasındakı birinci yerindən sıxışdırılıb çıxarıldı. İndi hamı İstanbula üz tutub, “Mignews” xəbər verir.
2013-cü il üçün elan olunmuş rekord turizm göstəricilərinə baxmayaraq, fransız paytaxtı bu il yeddinci yerə düşərək Türkiyəyə uduzdu.
Top-10-da yenicə yer almış İstanbul isə, hətta keçənilki dördüncü yerindən ikinciyə qalxan Romanı qabaqlayaraq, birinci mövqeyə keçib.
Uzun müddət ikinci yeri tutmuş Nyu-York TripAdvisor portalının tərtib etdiyi məşhur siyahını ümumiyyətlə tərk edib. O 12-ci yerə layiq görülüb.
1. İstanbul
2. Roma
3. London
4. Pekin
5. Praqa
6. Mərakeş
7. Paris
8. Hanoy
9. Siemreap
10. Şanxay
Sələf Xəbər: Qeyri-müsəlman ölkələrinə səyahətə gəlincə isə, istər təhsil, biznes, turizm, müalicə və ya islama dəvət məqsədi ilə səfər etməyə dair şeyx Useymin (Allah ona rəhmət etsin) belə deyib:
“Yalnız üç şərt istisna olmaqla, müsəlmanın qeyri-müsəlman ölkələrinə getməsi qadağandır:
Birincisi, insan özünü (dində) hər bir şübhələrdən qoruya biləcəyi biliyə malik olmalıdır. Axı, qeyri-müsəlmanlar müsəlmanların qəlblərində müxtəlif şübhələr, dində şübhələr, Allahın elçisində (Allahın ona salavat və salamı olsun) şübhələr, Quranda şübhələr və s. şübhələr salmağa çalışır. Onların məqsədi elə etməkdir ki, insan tərəddüd etməyə və öz dinində şübhələnməyə başlasın. İnsan Uca Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə, Qiyamət gününə və xeyri və şəri ilə qədərə tam yəqinliklə inanmalıdır. Əgər insan bunlardan hansında isə şübhələnərsə, o kafirdir.İkincisi, insanda onun özünü ehtiraslardan qorumağına kömək edəcək dindarlıq olmalıdır. Axı, qeyri-müsəlmanların ölkələrinə səfər edən insan orada əxlaqsızlıq tapacaq, dünya həyatının “ləzzətlərini” görəcək, orada şərabı, zinanı, homoseksualizm və s. tapacaq. Bütün bunlar qeyri-müsəlmanların ölkələrində var.
Üçüncüsü, insanın bu ölkələrə getmək üçün ehtiyacı olmalıdır. Məsələn, insan xəstələnib, və müalicə üçün qeyri-müsəlmanların ölkəsinə getməyə ehtiyac duyur. Və ya, məsələn, insanın islam ölkələrində olmayan hər hansı biliyi əldə etməsinə ehtiyac vardır. Həmçinin, məsələn, tacir onların ölkələrinə ticarət aparmaq etmək üçün gedib, sonra qayıda bilər. Yəni, qeyri-müsəlmanların ölkələrinə səfər etmək üçün hər hansı ehtiyac olmalıdır.
Qeyri-müsəlmanların ölkəsinə turizm məqsədilə gedənlər günah edir. Onların belə səyahətə xərclədikləri hər bir qəpik haramdır, çünki insan öz əmlakını puç edir. Belə insanlar Qiyamət günü öz hərəkətinə görə cavab verəcəklər! Bu səyahətçilər vaxtlarını itirir, pullarını itirir, öz əxlaqlarını korlayır, bundan başqa özü ilə ailələri götürməyə də müvəffəq olurlar. Təəccüblüdür ki, onlar heç vaxt azan eşidilmədiyi, Allahı zikrin eşidilmədiyi, Quranın oxunmadığı ölkələrə gedirlər. Bu ölkələrdə yəhudi şeypurunun və xristian zənginin səsindən başqa heç nə eşidilmir. Bu insanlar oğul və qızları ilə birlikdə uzun müddət bu ölkələrdə qalır, və beləliklə böyük şərə nail olurlar.
Dəvət üçün qeyri-müsəlman ölkələrinə səyahətə gəlincə, əgər insan o ölkədə yaşayanlara təsir edə bilərsə bu icazəlidir. Axı, qeyri-müsəlman ölkələrində yaşayan bir çox sadə insanların İslam haqqında heç bir təsəvvürü yoxdur. Hətta onlar nə isə eşidiblərsə, bu çox təhrif edilmiş informasiyadır. Onlara deyirlər ki, İslam — vəhşilik, qəddarlıq və zorakılıq dinidir.
Xüsusilə, bəzi insanlar özünü müsəlman adlandıraraq pis hərəkətlər etdikdən sonra bu belə olur. Və Qərbdəki sadə insanlar belə deməyə başlayırlar: “Bu necə İslamdır? Axı bu vəhşilikdir”. Onlar müsəlmanların özlərinin etdiyi hərəkətlərə görə İslamdan üz çevirirlər. Uca Allahdan hamını düz yola yönəltməsini diləyirik!” (imam ən-Nəvəvinin “Salehlər bağçası” kitabının şərhi).